40 hədis
«Qırx hәdisin әhәmmiyyәti»
Bir sıra hәdislәrdә qırx hәdisin öyrәnilmәsi barәdә tә`kid olunaraq, bu haqda gözәl vә`dlәr verilmişdir. O cümlәdәn aşağıdakı hәdislәri qeyd etmәk olar:
1-Hәzrәt Məhəmməd (sәllәlahu әlәyhi vә Allihi vә sәllәm) buyurur:
مَنْ حَفِظَ مِنْ اُمَّتى اَرْبَعِينَ حَدِيثَا يَنْتَفِعُونَ بِهَا، بَعَثَهُ اللهُ يَوْمَ الْقِيامَةِ فَقِيهًا عالِمًا
«Allah-taala mənim ümmətimdən, üz dini məsələlərində istifadə etmək etdikləri qırx hədisi əzbərləyən şəxsləri, Qiyamət günü fəqih alim kimi gətirəcəkdir.»[1]
2- Hәzrәt Peyğəmbər (sәllәlahu әlәyhi vә Allihi vә sәllәm) buyurur:
مَنْ نَقَلَ عَنّى اِلَى مَنْ يَلْحِقُنى مِنْ اُمَّتى اَرْبَعِينَ حَدِيثًا كُتِبَت فِى زُمْرَةِ الْعُلَماءِ وَحُشِرَ فِى جُمْلَةِ الشُّهَداءِ
«Gələcək müsəlmanlara məndən qırx hədis söyləyənlər, alimlərdən hesab olunub, şəhidlərin cərgəsində məhşur olacaqdır.»[2]
Xoş xasiyyət
423–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Gerçəkdə mö`min bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan adamın dərəcəsinə və məqamına çatar.
Biharul-ənvar /71/373.
***
424–İmam Əmirəl-mö`minin Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama buyurdu: Oğul, heç bir sərvət ağıldan böyük, heç bir yoxsulluq cahillik və savadsızlıq kimi deyil, heç bir qorxu özünü bəyənməkdən dəhşətli ola bilməz və heç bir yaşayış gözəl xasiyyətdən ləzzətli deyil.
Biharul-ənvar /78/111.
Dində axtarış
418–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!...
Biharul-ənvar /1/176
***
419–Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: Hər kim dinşünaslıqla məşğul olsa, Allah onun yaşayışını sahmana salar, gözləmədiyi, ağlına gəlmədiyi yerdən ruzisini yetirər.
Məhəccətul-beyza /1/15.
***
420–İmam Sadiq əleyhissalam buyurur: Şiə cavanları din öyrənməyi qarşılarına məqsəd qoymalıdırlar. Əgər bir cavanın bu əhəmiyyətli işə məşğul olmadığını görsəm onu ədəbləndirərəm.
Biharul-ənvar /1/214.
***
421–İmam Baqir əleyhissalam buyurur: Şiələrimizə xəbər ver, əgər onlara əmr olunanlara əməl etsələr, qiyamət günü nicat tapacaqlar.
Biharul-ənvar /2/29.
***
422–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim xalqın dində ehtiyaclı olduğu qırx hədisi başqalarına öyrətsə, Allah onu qiyamət günü fəqih və alim kimi həşrə gətirəcək.
Biharul-ənvar /2/153.
Blog Haqqında

[Əl-Hədid,4]
Axtarış
Bölmələr
- Dualar (1)
- Imamin duasinin faydalari (1)
- Şəkilllər (2)
- Fatimeyi-Zehra haqqinda (1)
- Namaz (4)
- "Qara Daş" (1)
- Əməllər (1)
- Hedislər (3)
- Dinin əsasları *ÜSULİDDİN* (5)
- Valideynə yaxşılıq (1)
- Islamda qadin (1)
- Hicab (1)
- Dini musiqilər (1)
- Bir damla hekayə (2)
- Sual-Cavab (1)
- KİTAB YÜKLƏ (3)
- Proqramlar (1)
- Axirət aləmi (1)
- Bizim zəmanə İmamımız (1)
- Tanrının inkar sifətləri (1)
- Allahın sifətləri (1)
- Kainatın yaradılması (1)
- İslam tarixinin ilk şəhid xanımı (1)
- Hicablı geyimlər (1)
- Hicab (1)
- Dini təqvim (1)
- Möminin xüsusiyyətləri (1)
- Səqələyn (1)
- Qurаn hikmətləri (1)
- Qurаn hikmətləri adlar (1)
- Camaat namazı (0)
- Quran (1)
- Əhli-beyt kimlərə deyilir (1)
- Küsmək (1)
- ~Peyğəmbər kimi yaşamaq istəyən nə etməlidir~ (1)
- Həzrəti Yəqub (əleyhissalam) (1)
- Ramazanimiz mübarək! (0)
- Qur`an surələrinin savab və fəziləti (2)
Arxivlər
Qabaqki yazılar
Dost bloglar
Açar sözlər
quran hikmətləri dinlə mömin qurаn kusmek sual-cavab adlar hedis camaat fəzilət səqələyin namazi surə
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 1777
Dünənki hit: 69
Bugünki hit: 13
Ümumi hit: 14589
Müxtəlif

